Menu

Əfqan ordusu Özbəkistanla sərhədin müdafiəsini gücləndirir

05.07.2021, 14:56
Əfqan ordusu Özbəkistanla sərhədin müdafiəsini gücləndirir

Əfqan qüvvələri Özbəkistan boyunca yerləşən sərhəd şəhərinin müdafiəsini gücləndirir. Əfqanıstanın şimalındakı Taliban hücumlarının davam etdiyi bir şəraitdə, Özbəkistan sərhədi boyunca, Bəlx vilayətinin sərhəd bölgəsi olan Hairatanı qorumaq üçün yüzlərlə əsgər göndərilib. Şəhər strateji baxımdan vacib sayılır. Gücləndirmə, Taliban keçən həftə Əfqanıstanın şimalında Tacikistan sərhədində yerləşən başqa bir quru liman olan Şer Xan Bandarı (Sher Khan Bandar) tutduqdan sonra baş verib.

Son iki həftə ərzində Bəlx vilayətinin 14 rayonundan 9-u Taliban tərəfindən ələ keçirilib və bu da çaxnaşmaya səbəb olub. “TOLOnews” xəbər verir ki, Əfqanıstan Ordusu Korpusu Komandiri Sayed Saadullah Haşemi qüvvələrin sərhəd şəhərindən beş kilometr şərqdə və qərbdə yerləşən bazalarda yerləşdirildiyini söyləyib.

S.S.Haşemi deyib ki, hazırda xüsusi təyinatlılar, sərhəd gözətçiləri, xüsusi bölmələr də daxil olmaqla təhlükəsizlik qüvvələri sərhəd şəhərini hər tərəfdən qorumaq üçün beş kilometrlik bir zona daxilində təhlükəsizlik zonası yaradıb. Şer Xan Bəndər limanının taliblərin əlinə keçməsi mühüm gömrük postunu itirdiyindən hökumət üçün böyük bir uğursuzluq olub. Həm də hökumət Tacikistanla sərhədinə nəzarəti itirib.

Hayratan, son bir neçə gündə Taliban hücumlarına şahid olmayıb. Rəsmilər, son iki gündə Özbəkistan sərhədinə heç bir yük maşınının girmədiyini desə də, gündəlik 250 yük maşını Əfqanıstan sərhədindən keçir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol