Sosial şəbəkələrdə 5 saylı şəhər kliniki xəstəxananın həkimi Zöhrab Şamxalovun bıçaqlanması barədə məlumat yayılıb.
Bildirilib ki, atası üçün əlillik arayışı ala bilməyən pasiyentin oğlu qastroenteroloqu bıçaqlayıb.
Məsələ barədə xəstəxana ilə əlaqə saxladıq. Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təəssüf ki, belə bir xoşagəlməz hal baş verib: “Hadisənin nə səbəbdən baş verməsi ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma başlanıb”.


Şərhlər
Əlbət ki, CƏMİYYƏTİMİZçin faciədir! Hər iki tərəf məs`uliyyətlidir, 1-ci də həkim--DEONTOLOJİ PRİNSİPLƏRi gözləmədiyiçin. Pasientin də radikallığı onun sosial statusunun təsdiqidir, son varianta əl atıb... DİQQƏTli və LƏYAQƏTli olun cənablar!
Düzgün hesab etmirəm.Amma praktikamda cox natəmiz həkimlərlə qarşılaşmışam.Lazım oldu olmadı coxlu analizlər(ordan alacaqları faizləri almaq ücün ) ,xəstə ona aid olmadıqda belə müalicə yazan ,apteklərdən də faiz alan həkimlər dövlət xəstəxanalarında da coxdu....
Səlim Müslümov və Əjdər Ol cütlüyünün saxta əlilliyinin yaratdığı növbəti fasadları. Hələ yeniləri də ola bilər.....