Menu

"Azərişıq" ASC-nin əməkdaşı iş başında öldü

06.07.2021, 11:41
"Azərişıq" ASC-nin əməkdaşı iş başında öldü

Bakıda montyor iş başında ölüb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.

Məlumata görə, "Azərişıq" ASC-nin Sabunçu Rayon Enerji Təchizat və Satışı İdarəsinin əməkdaşı, 36 yaşlı Elçin İbadov işıq dirəyindən yıxılıb.

O, yerindəcə keçinib.

Faktla bağlı Sabunçu Rayon prokuroruluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol