Menu

Azərbaycan sərhədçilərinə orden və medallar təqdim edilib

07.07.2021, 12:29
Azərbaycan sərhədçilərinə orden və medallar təqdim edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına təltif olunduqları orden və medallar verilib.

"Report" xəbər verir ki, orden və medallar DSX-nin Vətən müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimində təqdim edilib.

Belə ki, Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol