Menu

“Yelo Bank” ASC açıq tender elan edir - Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə

07.07.2021, 15:38
“Yelo Bank” ASC açıq tender elan edir - Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə

“Yelo Bank” ASC-nin Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə açıq tender elan edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı;

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

Təqdim ediləcək məhsulun keyfiyyəti

Təklif ediləcək məhsulun qiyməti

İştirakçı şirkətin bu sahədə təcrübəsi

Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Qiymət təklifi

İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

Tender təklifləri 16 İyul 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

Zərflərin hər küncü möhürlənməlidir.

Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.

Tələb olunan xidmətlər

Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.

Baş ofisdə nəzərdə tutulan idman zalının ərazi 175 sq.m-dir.

Qadınlar üçün qadın, kişilər üçün kişi məşqçi.

Bütün trenajor/fitness avadanlıqları şirkət tərəfindən təqdim olunmalıdır.

İş rejimi həftə içi səhər saat 07:00-09:00 və 18:00-22:00, həftəsonu isə saat 08:00-21:00

Qalib şirkət 1 avqust 2021 ci il tarixində fəaliyyətə başlamaq qabiliyyətində olmalıdır.

Qiymət təklifi təqdim olunmalıdır:

Gündəlik

Ay ərzində 8 giriş

Ay ərzində 12 giriş

Ay ərzində 16 giriş

Alətlər

Minimum aşağıda qeyd olunan alətlər olmalıdır.

Hyperextension

Crossover

Hammer leg extension

Chest + Shoulders (Bench Press)

Chest + Triceps (Bench Press)

Leg press

Smith (squats + bench press)

Exercise bike

Bench

Treadmill

Dumbbells

Hummer horizontal pull (back)

Horizontal block pull (back)

Barbells

Ödəniş və digər şərtlər

Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.

Tenderin qalibi olan şirkətdən Bankda fəaliyyəti üçün icarə və hər hansi bir kommunal ödənişi tələb olunmur.

Müqavilə 1 il ərzində qüvvədə olacaq.

Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

Ödəniş işçilər tərəfindən olunacaq.

Satınalan təşkilatın ünvanı

Bakı ş. Həsənbəy Zərdabi 81K,

Əlaqələndirici şəxs:

Anar Asgarzade

İnzibati və Təchizat departamentinin

Təchizat və satınalma şöbəsinin rəhbəri

+99412 981 daxili 1974

+99455 5056575

aasgarzada@yelo.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol