Menu

Haitinin qətlə yetirilən prezidentinin həyat yoldaşı xəstəxanada ölüb - VİDEO

07.07.2021, 16:57
Haitinin qətlə yetirilən prezidentinin həyat yoldaşı xəstəxanada ölüb - VİDEO

Naməlum şəxslərin hücumu nəticəsində qətlə yetirilmiş Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moiz aldığı xəsarətlərdən xəstəxanada ölüb.

“Report” xəbər verir ki, bu barədə “Telesur” telekanalı tvitterdə məlumat yayıb.

“Haiti prezidentinin həyat yoldaşı Martin Moizin də iqamətgaha edilən hücumda aldığı xəsarətlərdən ölüb”, - məlumatda vurğulanıb.

Haiti Prezidenti Jovenel Moiz çərşənbə axşamı gecə saatlarında yaşadığı şəxsi iqamətgahda naməlum şəsxlər tərəfindən güllələnərək öldürülüb. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz yaralanıb və xəstəxanaya aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol