Menu

Kreditlərə 129,7 milyon manat dövlət zəmanəti verilib - FOTO

07.07.2021, 20:06
Kreditlərə 129,7 milyon manat dövlət zəmanəti verilib - FOTO

Elektron Kredit Platforması üzərindən biznes kreditlərinə 129,7 milyon manat məbləğində dövlət zəmanəti verilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

“Zəmanət subsidiya mexanizmi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin ilk beş ayı ərzində Elektron Kredit Platforması üzərindən kredit tələbatı 224,1 milyon manat olan 847 müraciət üzrə yeni biznes kreditlərinə 129,7 milyon manat məbləğində dövlət zəmanəti verilib”, - deyə, nazir bildirib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol