Menu

Haiti prezidentini öldürən dəstə əcnəbilərdən ibarət olub

08.07.2021, 09:14
Haiti prezidentini öldürən dəstə əcnəbilərdən ibarət olub

Haiti prezidenti Jovenel Moizin iqamətgahına hücum edərək onu öldürən silahlı dəstənin üzvləri xarici vətəndaşlardan ibarət olub.

“Report” “TASS”a istinadən xəbər verir ki, müvafiq məlumat baş nazir Klod Jozefin yaydığı açıqlamada yer alıb.

Onun sözlərinə görə, hücumu həyata keçirənlərdən bəziləri ingilis və ispan dillərində danışırlarmış.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moizin öldürülməsindən sonra ölkədə hərbi vəziyyət elan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol