Qazax rayonunda Kür çayında batanlardan biri tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1998-ci il təvəllüdlü Məhəd Şirməmmədovun meyti tapılaraq kürdə çıxarılıb.
Digəri 2006-cı il təvəllüdlü Həmzə Fətdahovun axtarışı davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan şəxslərin axtarışlarına cəlb olunub.
APA xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hazırda axtarışlar aparılır. İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.
Əlavə məlumat veriləcək.
***
Qazaxda iki nəfər Kür çayında batıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kürün rayonun Birinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb. Qazaxın Aslanbəyli kənd sakinləri - 23 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu və 15 yaşlı Fəttahov Həmzə Arif oğlu Kür çayında çimən zaman batıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in xilasediciləri cəlb olunub.


Şərhlər