Menu

"Mina xəritələri məsələsini birdəfəlik həll etmək mümkün olmur" - Rusiya XİN

09.07.2021, 13:19
"Mina xəritələri məsələsini birdəfəlik həll etmək mümkün olmur" - Rusiya XİN

“Rusiya Qarabağda həyatın yoluna qoyulmasına, tərəflər arasında etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

“Rəsmi Bakı üçün prioritet olan mina xəritələrinin təhvili məsələsini birdəfəlik həll etmək hələlik mümkün olmur. Biz bu məsələnin hər hansı ilkin şərt olmadan həllinə tərəfdarıq”, - M.Zaxarova deyib.

XİN rəsmisi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə üçtərəfli bəyanatlarına ardıcıl riayət olunmasının vacibliyini vurğulayıb.

Şərhlər

t.ədalət 2021-07-09 14:37:57

Mina xəritələrinin problemini birdəfəlik həll etsəniz,onda Putin nə edər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol