Menu

“Deputatlara verilən töhmətin müddəti 6 aydır" - Eldar İbrahimov

09.07.2021, 13:22
“Deputatlara verilən töhmətin müddəti 6 aydır" - Eldar İbrahimov

“Deputatlara verilən töhmətin müddəti 6 aydır. Bu, köhnə Kommunist Partiyasının töhməti deyil ki... Töhmətdən 6 ay keçibsə, artıq bu inzibati tənbehin vaxtı bitmiş hesab olunur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Deputat bildirib ki, bu, qanunların birinə düşməlidir: “Gələcəkdə bu, əsasnaməyə yox, deputatlarla bağlı qanunların birinə mütləq salınmalıdır”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə qeyd edib ki, gələcəkdə nizamnaməyə hansısa dəyişiklik nəzərdə tutulsa, deputatlara verilən inzibati tənbeh tədbirinin müddəti məsələsinə baxıla bilər.

Şərhlər

esger 2021-07-09 14:10:58

Altı aydan sonra deputat düzəlir. Həmin vaxtdan artıq bunun tərcüməyi hall tət təmiz olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol