Menu

"Risk qrupuna aid uşaqlara COVID-19 vaskini vurula bilər" - Baş pediatr

09.07.2021, 15:18
"Risk qrupuna aid uşaqlara COVID-19 vaskini vurula bilər" - Baş pediatr

"ÜST tərəfindən Pfizer peyvəndini 12 yaş üstü uşaqlara vurula bildiyi təsdiqlənib. Digər peyvəndlərdə hələ tədqiqatlara aparıldığı üçün onların istifadəsi ilə bağlı dəqiq məlumat yoxdur".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rahimov deyib.

“İnanıram ki, peyvəndlərin gələcəkdə bir neçəsinin də uşaqlara vurula bilməsi təsdiqlənəck. Risk qrupuna aid uşaqlara COVID-19 vaskini vurula bilər. Bunlar xroniki xəstəliyi, böyrək, ürək çatışmazlığı və. s xəstəliklərdir. Artıq bəzi uşaqlarda xəstəliyin ağır nəticələr olduğuna görə onların da peyvənd olunması lazımdır”, - bildirib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol