Menu

Baydenin xüsusi nümayəndəsi Moskvaya gedir

10.07.2021, 00:38
Baydenin xüsusi nümayəndəsi Moskvaya gedir

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Baydenin iqlim üzrə xüsusi nümyəndəsi Con Kerri Rusiyaya səfərə hazırlaşır. Bu barədə «RBK» agentliyi xəbər verib.

KİV-in məlumatına görə, Kerri Anatoli Çubaysla görüşməyi planlaşdırır. Çubays Rusiya prezidentinin xüsusi nümayəndəsi postunu tutur.

Dövlət Departamentində və Kremldə bu informasiyanı hələlik rəsmi təsdiqləməyiblər.

Xatırladaq ki, iyulun 1-də Kerri və Lavrov telefon danışığı aparıblar və iqlim dəyişikliyi üzrə BMT konveniyasının hədəflrinin reallaşdırılması sahəsində ABŞ-Rusiya əməkdaşlığı məsələlərini müzakirə ediblər. Onlar həm də iqlim problemləri üzrə ikitərəfli təmasları davam etdirməyi razılaşdırıblar.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol