HAKİM PARTİYADA SƏSSİZ YENİLƏNMƏ... – Deputatlar və məmurlar YAP-dakı vəzifələrini itirdilər

Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədər epidemioloji durmun ən ağır günlərində növbədənkənar qurultaya gedən hakim Yeni Azərbaycan Partiyasında (YAP) ciddi dəyişikliklər aparılır.

Xatırladaq ki, qurultayda partiyanın yeni nizamnaməsi qəbul edilib, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdi. 

Sədrdən sonra əsas səlahiyyətlərin cəmləşdiyi İcra Katibliyinin rəhbərliyində də dəyişiklik aparılaraq, deputat, Baş nazirin müavini Əli Əhmədov bu postdan uzaqlaşdırılmış, Tahir Budaqov onun yerinə təyinat almışdı. Ə.Əhmədov hazırda partiyada sədrin müavinlərindən biri olaraq qalır.

YAP-ın pandemiya qadağaları şəraitində növbədənkənar qurultaya getməsi, şübhəsiz, ciddi səbəblərlə bağlı idi. Müşahidəçilər ilk növbədə hakim partiyanın, Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin nəzarətindən çıxarılması ehtiyacını önə sürüblər.

Qurultayda qəbul olunmuş qərarlar, rəhbər orqanlarda struktur və kadr dəyişiklikləri də bu versiyanın həqiqət olduğunu təsdiq edir. Belə ki, “köhnə elita” hakim partiyanın rəhbərliyindən uzaqlaşdırılaraq məşvərətçi qurum olan Veteranlar Şurasına transfer edildi. Prezidentin keçmiş köməkçisi Əli Həsənov kimi hakimiyyət postlarından vurulmuş bəzi sabiq məmurlar isə ümumiyyətlə YAP-dakı vəzifələrini itirdilər.

Hakim partiyadan əldə olunan informasiyaya görə, hazırda partiya daxilində ciddi dəyişikliklər aparılır. Hesablama Palatasının təşkilatın son 5 ildəki fəaliyyəti ilə bağlı başladığı yoxlamalar da bu prosesin tərkib hissəsidir. Çünki partiyanın maliyyə-təsərrüfat işlərinə uzun illər “köhnə qvardiya”-nın aparıcı üzvləri rəhbərlik edib. Həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub. 

Partiyadan yoxlamalarla bağlı verilən açıqlamada isə qeyd olunur ki, hər il olduğu kimi, hazırda da maliyyə təsərrüfat fəaliyyətinin kənar auditi həyata keçirilir: “Sadəcə kənar audit ilk dəfə olaraq, Hesablama Palatasına həvalə olunub”.

Qeyd edək ki, hakim partiya ölkədə ən iri büdcəli partiyadır, illik gəliri və xərcləri milyonlarla ölçülür. Məsələn, partiya İdarə Heyətinin iclasında 2020-ci ilə dair gəlirlər və xərclər barədə açıqlanan hesabatda qeyd olunur ki, ötən il Yeni Azərbaycan Partiyasının gəlirləri 12 288 708 manat olub. Bunun 10 346 294 manatını üzvlük haqları, 1 942 414 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib.

Maliyyə vəsaitinin 6 969 745 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarda çalışanların əmək haqqının ödənilməsinə, 452 599 manatı Silahlı Quvvələrə Yardım Fonduna, YAŞAT Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 625 148 manatı Koronavirusla Mübarizəyə Dəstək Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 347 569 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 34 357 manatı ezamiyyə xərclərinə, 302 192 manatı avtonəqliyyat xərclərinə, 242 229 manatı təsərrüfat inventarlarının alınmasına, 162 621 manatı təmir işlərinə, 457 566 manatı kommunal və təsərrüfat xərclərinə, 80 739 manatı bank xidmətinə, 86 610 manatı abunə ilə bağlı ödənişlərə, 57 720 manatı dəftərxana xərclərinə, 144 611 manatı çap işlərinə, 237 592 manatı isə sair xərclərə sərf edilib.

İndi yoxalamalar zamanı bəlli olacaq ki, Əli Əhmədov, Siyavuş Novruzov və onlarla birlikdə bu vəsaitlərin toplanmasına və xərclənməsinə cavabdeh olan şəxslər nə qədər dürüst işləyiblər. Təcrübə göstərir ki, YAP-ın yüksək vəzifələrdə təmsil olunan bəzi üzvləri irimiqyaslı korrupsiya cinayətlərinə yol verib. Bu səbəbdən onların içərisində yolu həbsxanadan keçənlər də  var. Sonuncu keçmiş Əmək naziri Səlim Müslümov çoxmilyonluq yeyintilərə görə həbsdədir, iyulun əvvəlində onu YAP sıralarından xaric ediblər. İstisna deyil ki, bu cür əməllər hakim partiyanın maliyyə-təsərrüfat sahəsində də törədilib...


Hakim partiyanın daxilində gedən proseslərdən biri isə məmurların və deputatların YAP-da tutduqları vəzifələrdən uzaqlaşdırılmasıdır. 

Məlumatlı mənbədən “AzPolitika.info”-ya bildirilib ki, qurultaydan sonra yerli təşkilatların sədrləri və mərkəzi aparatda vəzifə tutan deputatlar seçim qarşısında qoyulub. Onlara ya mandat, ya da təşkilatdakı vəzifələrindən birini seçmək tələb olunub. 

Nəticədə, YAP Mərkəzi Aparatının Analitik İnformasiya və Təhlil şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə, Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı, partiyanın Beynəlxalq Əlaqələr şöbəsinin sədri, deputat Sevinc Fətəliyeva tutduqları vəzifələrlə vidalaşıblar. Bundan başqa YAP Nəsimi təşkilatının sədr müavini, “Azərbaycan Dəmiryolları” QSC-nin rəhbəri Cavid Qurbanov da partiyadakı vəzifəsindən ayrılıb. Mənbə daha bir neçə deputat və məmurun hakim partiyadakı postlarından kənarlaşdırıldığını vurğulayıb.

Dəyişikliklərin səbəblərinə gəlincə, mənbə maraqlı informasiya açıqlayıb: “YAP rəhbərliyi bir müddətdir Çin Kommunist Partiyasının təcrübəsini öyrənir. İki partiya arasında əməkdaşlıq memorandumu və intensiv əlaqələr var. Təcrübənin öyrənilməsi məqsədi ilə YAP rəhbərliyindən bir qrup bir neçə dəfə Çinə ezam olunub və bu ölkəni on illərdir idarə edən Kommunist Partiyasının daxili idarəçilik təcrübəsi yaxından öyrənilib. Növbədənkənar qurultaydan sonra həmin təcrübənin YAP-da da tətbiq edilməsi qərara alınıb. Dövlət idarəçiliyində və parlamentdə təmsil olunan şəxslərin partiya işindən uzaqlaşdırılması bununla bağlıdır. Partiya rəhbərliyi qərara alıb ki, siyasi inkişafdan xeyli geri qalan, kifayət qədər daxili problemləri olan təşkilatı dirçəltmək, gerçək siyasi rəqabətə hazırlamaq üçün radikal qərarlar və gəlişmiş təcrübələrin həyata keçirilməsi vacibdir”.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Oxucu 2021-07-20 21:52:15

Şəki icra hakimiyyətinin 1-ci müavini, YAP sədri həsən Həsənov nə vaxt vəzifəsini itirəcəkdir ?

Əskiləşmiş koomunist 2021-07-12 17:06:39

Cənab VETERAN, əvvəla Türkiyədə YENİ yoxdur, kommunist partiyası da yasaqdı. Sonrası Çində bircə-hegemon Kommunist Partiyası var. Yeni Azərbaycan elə Kommunist partiyasınıni modern-özəl varisi deyilmi?

vətəndaş-2 2021-07-12 16:01:22

Maraqlıdır... YAP- da işləməkdənsə, deputatlığa üstünlük verirlər. Deməli, pul deputatlıqdadır.

Miri 2021-07-12 14:08:05

YAP ciddi strukturu, maliyyəsi, maddi- texniki bazası, kifayət qədər üzdə görünməyən kadr bazası olan partiyadır.Yəni siyasi səhnədə pozitiv çox iş görmək imkanındadır.Bu imkandan dogru istifadə edilməlidir.Sadəcə yenilənməlidir. Eldar İbrahimov və onun kimilər nə qədər millətin əsəbləri ilə oynamalıdır.Yaxur o və onun kimilərə görə partiya niyə söyülməli, nüfuzdan düşməlidir.Bunu özləri bilir amma abırsızlıqlarından çıxıb getmirlər, zərbə də Yap-a dəyir.

Veteran 2021-07-12 11:56:23

.Niyə TÜRKİYƏ yox Çin ?

VƏTƏNDAŞa kolxozdar 2021-07-12 10:48:20

Neçə il daimi hakimiyyətdə olub, milyardaları idarə etmiş PARTİYA Sizcə on milyonun hesabında səhv edər?

Şəkili 2021-07-12 00:18:18

YAP-ı nüfuzdan salanlar yerində olmayan məmurlardır ? Şəki İHB-nın 24-il 1-ci müavini vəzifəsində işləyən həsən həsənov, həmdə 24-ildirki YAP-ın Şəki şöbəsinin sədridir....Mən indi sizlərdən soruşmaq istəyirəm :- Bu rayonda inkişaf olarmı ???

Niyaməddin 2021-07-11 23:25:45

Bunlar Çin kommunist partiyasının təcrübəsi ilə hara qədər gedə biləcəklər? Onda ÇKP-nın təcrübəsi təkcə YAP-da yox, bütün ölkədə tətbiq olunmalıdır. Məsələn, ölüm cəzası kimi. Əks təqdirdə bu digər müxalifət və siyasi partiyalar üçün YAP-a qarşı bir sıra arqumentlər verəcək ki, bu da partiyanın sonu ola bilər. Hələ Avropanı demirəm. Coğrafi mövqeyi və əhalini nəzərə almaq lazımdır...

Sahib 2021-07-11 22:34:02

YAP-ın nüfuzunun səviyyəsi bəllidir.Partiya tamam yenilənməlidir və görünən odur ki buna başlanılıb.On illərlə gözləri qabar edənlər həm partiya idarəçiliyində həm deputat korpusunda uzaqlaşmalıdır. Onlar çoxdan tükənib və hər ağızlarını açdıqda partiyanın nufuzu zərbə alır.Yenilər isə tamamilə gənclərdən qurulmamalı, inkubator cücələri kimi monoton olmamalı, həm də haqsız yerə sıradan uzaqlaşdırılmış,, sadiq, təmiz savadlı və təcrübəli üzvlər mütləq cəlb edilməlidir.Əmin olun ki YAP nüfuzunu bərpa etmək gücünü ortaya qoyacaqdır.

Qulu 2021-07-11 22:15:19

YAP üzvləri arasında xeyli sədaqətli və təmiz insanlar vardı.Ramiz Mehdiyev və Əli Əhmədov onları partiyadan didərgin saldı.Hər şeydən məhrum etdi ki, başqalarına YSP- a yox Ramizə sədaqətli olmayanların bərdəli nədir.İndi onların sayı azdır amma iş görə bilənlərin də var. Az da onları cəlb etmək lazımdır. Onlara yeni bir şans verilsə onlar var gücləri ilə partiyanın nüfuzunun artırılmasına kömək edəcəklər və bunun üçün ən çox onlar mübarizə edəcəklər..

Tahir 2021-07-11 22:05:53

YAP-da üzvülük haqqının toplanması işi sistemli şəkildə çoxdan qurulub və yığılan vəsait təəccüb dogurmasın. Mən hələ şübhə edə bilərəm ki, bu məbləği aşağı göstərə bilərlər.Əli və Siyavuş indiyədək əmin idilər ki, YAP- ı heç kim cəsarət edib yoxlaya bilməz və ya yoxlanıla və neqativ nəsə olsa belə üstü basdırılacaq. Sədrin isə partiyanın maliyyəsinə diqqət yetirə biləcəyini isə ən az ehtimal edirdilər.Bax buna görə deyə bilərəm ki, Əli və Siyavuş möhkəm yerdə ilişiblər.Onların hər ikisinin nəfsinin həzrət əlinin qılıncı dan bir az iti oldugumu Mahirin isə çox gözüqanlı və saxtakar nəzərə alsaq ciddi nəticələr olacağı ehtimalı ortadadır.YAP yenilənməsi qarşıya qoyub və nəticələri açıqlamaqdan da qorxmayacaq

t.ədalət 2021-07-11 21:03:40

Vəzifədən uzaqlaşdırmanı anti-türk olan, anası və arvadı ermənilərdən başlamaq lazımdır.

Gülər 2021-07-11 20:49:05

Məsrəflərin doğruluğuna diqqət yetirilməlidir.Gəlir və məsrəflər şübhə ilə dolusur.

Vətəndaş 2021-07-11 20:42:48

10 milyon üzvlük haqqının yığılması inandırıcı görünmüt.inanmırsınız yoxlayın.

Son yazılar