Menu

"Parlamentin iclası qeyri-konstitusiondur" - Zurabişvili

25.11.2024, 08:33
"Parlamentin iclası qeyri-konstitusiondur" - Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın 11-ci çağırış parlamentinin bu gün keçiriləcək ilk iclasının qeyri-konstitusion olduğunu bəyan edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Zurabişvili bu barədə "X" platformasındakı paylaşımında qeyd edib.

O, 26 oktyabr seçkilərində kütləvi saxtakarlıq olduğunu və bunun parlamentin legitimliyini baltaladığını qeyd edib.

"Mən 1-ci sessiyanı çağırmaqdan imtina etdim və Konstitusiya heç kimin əvəzedici kimi çıxış etməsini tanımır.", - Zurabişvili qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol