Menu

Şəmkirdə kürəkən qayınanasını qətlə yetirib - Həyat yoldaşını ağır yaralayıb

13.07.2021, 20:46
Şəmkirdə kürəkən qayınanasını qətlə yetirib - Həyat yoldaşını ağır yaralayıb

Şəmkir rayonunda qətl törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini şəxsi münasibətlər zəminində qaynanası Sədaqət İbadullayevanı və həyat yoldaşı Mahizər Hüseynovanı bıçaqlayıb. Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol