Menu

Müddətli hərbi xidmətdə olan şəxslərin övladlarına müavinət ödəniləcək

13.07.2021, 21:45
Müddətli hərbi xidmətdə olan şəxslərin övladlarına müavinət ödəniləcək

Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına aylıq müavinət ödəniləcək.

Bu, Prezident İlham Əliyevin iyulun 13-də imzaladığı “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik edilməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan şəxsin hər övladına aylıq 100 manat sosial müavinət ödəniləcək.

Qeyd edək ki, əvvəllər müddətli xidmət hərbi qulluqçularının, hərbi təhsil müəssisələri kursantlarının (müddətli xidmət hərbi qulluqçuları və mülki gənclər sırasından) uşaqlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul müavinəti ödənilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol