Menu

XANKƏNDİ və ŞUŞA ARASINDA ATIŞMA - Rəsmi açıqlama

15.07.2021, 08:55
XANKƏNDİ və ŞUŞA ARASINDA ATIŞMA - Rəsmi açıqlama

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Şərhlər

Əcnəbi Sərdar mövqeyi 2021-07-19 15:37:12

Ermənistan yaradılan gündən bütün yerli əhalinin 83% ni zorla deportasiya edib! Bundan xəbərdar insan-siyasət adekvat iddia əvəzinə nə məqsədlə öz ərazisində münaqişə-iddia mənbəyini saxlayırlar?

turan 2021-07-15 14:57:58

hardadır "bayraqtar"

Roma 2021-07-15 11:54:22

Bu xəmir çox su aparacaq...nə qədər ki, Rusiyanın barmağı ordadı, məsələ tam həllini tapa bilməz. Rusiya göy muncuğu 90% erməniyə 10% də bizə göstərərək hərdən birimizin başını tumarlayır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol