Menu

YOLUXMA SAYI KƏSKİN ARTDI - 2 nəfər vəfat edib

15.07.2021, 17:06
YOLUXMA SAYI KƏSKİN ARTDI - 2 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına daha 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb.

Qeyd edək ki, dünənki statistikada son sutka ərzində 146 nəfərdə koronavirusa yoluxma aşkarlanmışdı.

Şərhlər

B.Qarabağlı 2021-07-15 21:52:52

Bəs, NKnın Operativ Qərargahı, Səhiyyə Nazirliiyi və TƏBİB nə ilə məşğuldurlar? Əhali sıxlığının azaldılması məqsədi ilə niyə Metrobuslar paralel işləmir, avtobus marşrutlarına heç olmazsa əlavə 50% avtobuslar artırılmır? Taksilərə niyə avtobus dayanaclarından sonraya yerlər göstərilmir və avtobus dayanacağında saxladığına görə cərimə edilmir? Bu tədbirlər sıxlığı və yoluxmanı az 25% azaltmalıdır?

Xəstə 2021-07-15 19:22:01

Qiymətlər qalxır,iş yox,pensiya kəsilir,milyardlarımız ola-ola əziyyət çəkirik. ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol