Menu

"Rusiya Ukraynanın ərazi bütövlüyünü şübhə altına almır" - Kreml

16.07.2021, 00:02
"Rusiya Ukraynanın ərazi bütövlüyünü şübhə altına almır" - Kreml

Rusiya Prezidenti Vladimir Putin özünün «Rus və ukrayna xalqlarının tarixi vahidliyi» adlı məqaləsində Ukraynanın ərazi bütövlüyünü şübhə altına almayıb, bu məqalənin ekspert qiymətləndirmələri isə Kremlin rəsmi mövqeyi deyil.

Belə bəyanatla Rusiya dövlətinin mətbuat katibi Dmitri Peskov iyulun 15-də çıxış edib. Bununla bağlı o, Kiyevi Putinin məqaləsini ərazi iddiası kimi qəbul etməməyə çağırıb.

«Heç kim rəsmi planda Ukraynanın ərazi bütövlüyünü şübhə altına almır. Bu barədə heç bir rəsmi bəyanat olmayıb və yoxdur» - «İnterfaks» Peskovdan sitat gətirir.

Ancaq o, əlavə edib ki, ekspertlər öz müzakirələrində məqaləni istədikləri kimi şərh etməkdə azaddırlar.

Peskovun sözlərinə görə, Putin öz məqaləsində «ümumilikdə, SSRİ-nin altına qoyulmuş yavaş işləyən mina haqqında - hüquqi prinsiplər barədə danışıb».

Beləliklə, mətbuat katibi ukraynalı jurnalistin «bu məqalədən sonra Kremldə Taqanroqun Ukraynaya verilməsi haqqında» qarşılıqlı suala necə yanaşardılar? - sualına cavab verib. Kreml nümayəndəsi təsdiqləyib ki, Rusiya Prezidentinin məqaləsi rezonans doğurub və müxtəlif mövqeli ekspertlərin diqqətini cəlb edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol