Menu

"Türkiyəni Əfqanıstan probleminin həllinə cəlb etmək lazımdır" - İmran Xan

17.07.2021, 00:17
"Türkiyəni Əfqanıstan probleminin həllinə cəlb etmək lazımdır" - İmran Xan

Pakistanın Baş naziri İmran Xan Daşkənddəki brifinqdə Türkiyənin Əfqanıstan münaqişəsinin həllinə və Əfqanıstanın qonşularının sammitini keçirməyə cəlb etməyi təklif edib.

Bu barədə iyulun 16-da «Qazeta.uz.» xəbər verib.

Pakistan liderinin sözlərinə görə, Özbəkistanın Prezidenti Şavkət Mirziyoyevlə danışıqlar zamanı tərəflər Əfqanıstandakı vəziyyəti detallı şəkildə müzakirə ediblər.

«Biz, Əfqanıstanın qonşuları olaraq, bu məsələdən narahatıq. Əfqanıstanın qardaş xalqı son 40 ildə müharibələrdən əziyyət çəkir. Əfqanstanda sülhə nail olmaq üçün dinc siyasi tənzimləmə qaçılmazdır. Biz, bunu ətraflı müzakirə etdik. Biz, həm də hesab edirik ki, Əfqanıstanın qonşuları - Özbəkistan, Tacikistan, İran, Pakistan və hətta Türkiyə - biz, səylər göstərəcəyik ki, Əfqanıstanda sülh prosesinə dəstək olaq» - o, deyib.

İmran Xan əmin olduğunu bildirib ki, bu məsələ üzrə əvvəlcə ölkələrin xarici işlər nazirləri görüşəcəklər. «Sonra biz, çalışacağıq ki, dövlət başçılarının sammitini təşkil edək ki, vətəndaş müharibəsinə oxşayan bu müharibəni dayandıraq» - Pakistan hökumətinin başçısı deyib.

Prezident Şavkət Mirziyoyev brifinq zamanı xəbər verib ki, Özbəkistan və Pakistan vahid hədəfi bölüşürlər - əfqan torpağında tezliklə sülhə və sabitliyə nail olmaq.

Hələ iyunun 14-də Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan Kabilin Həmid Karzay adına aeroportunda məhdud kontingenti saxlamağa hazır olduqlarını bəyan edib - əgər ABŞ türklərə maliyyə və siyasi dəstək verərsə. Məlumdur ki, orada türklər 2013-cü ildən fəaliyyətdədirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol