18 iyuldan 22 iyula qədər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Musavat.com-un məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib.
Qərara əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.


Şərhlər
Mirzə Cəlilin "Usta Zeynal" hekayəsində belə bir epizod var.Şagird ustaya deyir ki,müsəlmanlıq bu qədər gözəl şeydirsə,xristianlar niyə dönüb müsəlman olmurlar.Usta da cavabında,"bir daşdır də,ətəklərinə yığıblar yerə tökmək istəmirlər"-deyir.İndi biziom "operativ qərargah" da həmin Usta Zeynal kimi yapışıb nəqliyyatdan.Şakərindən əl çəkə bilmir...
Bəlkə, belə günlər əksinə İctimai nəqliyyatın sayını bir-iki qat artıraq, ara məsafə imkanı və maska əcnəbi-siyasi virusunun və müşkül Bakı tıxacının qarşısı alınsın?