Menu

“Qiymət artımı əhalinin aldığı maaşı, pensiyanı məhv edir” – Vahid Əhmədov

18.07.2021, 16:54
“Qiymət artımı əhalinin aldığı maaşı, pensiyanı məhv edir” – Vahid Əhmədov

Dövlət Statistika Komitəsi (DSK) bu ilin 6 ayında ölkədə inflyasiyanın cəmi 4,3 faiz olduğu barədə məlumat yayıb. DSK ərzaq mallarının 4,9 faiz bahalaşdığını da qeyd edib.

Bu il yanacaq və kommunal qiymətlərin artdığını nəzərə alsaq, bu rəqəmlər reallıqla nə dərəcədə üst-üstə düşür?

Milli Məclisin üzvü Vahid Əhmədov Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatlarla bağlı həmişə fikir ayrılığı olduğunu vurğulayaraq bildirib ki, qurum inflyasiyanın aşağı olduğunu göstərsə də, reallıqda fərqli mənzərədir. Onun fikrincə, Komitənin hesablamalarında səbətə nələrin daxil edildiyinə diqqət yetirmək lazımdır: “Səbətə daxil edilən məhsulların miqdarından çox şey asılıdır”.

Bununla belə Vahid Əhmədov DSK-nin məlumatlarının həqiqəti əks etdirmədiyi qənaətindədir: “Çünki Azərbaycanda qiymət artımı kifayət qədər böyükdür. İnflyasiyaya gəldikdə, 9 və 9.5 faiz inflyasiya var. Qiymətlərin artması real idi, çünki məhsulların maya dəyərinə təsir göstərən yanacağın, qazın və suyun qiyməti artıb”.

Vahid Əhmədov deyir ki, hökumət indiki vəziyyətdə qiymət siyasətinə baxmalıdır. Onun fikrincə, qiymətləri reallığa uyğunlaşdırmaq üçün addımlar atmalıdır. Hərçənd deputat hesab edir ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti yaxşı işləyir, monitorinqlər aparır və süni qiymət artıranları cərimələyir: “Amma hökumət də bu işlə məşğul olmalıdır. Azərbaycanda əsas problemlərdən biri qiymətlərin subyektiv şəkildə artırılmasıdır. Obyektiv qiymət artımı anlaşılandır, çünki maya dəyərinə təsir göstərir. Bəzi sahibkarlar isə bundan istifadə edib süni şəkildə qiymətləri artırırlar ki, bu, subyektiv qiymət artımıdır. Təəssüf ki, son vaxtlar qiymət artımı sürətlə gedir, faktiki olaraq, əhalinin aldığı maaşı, müavinəti, pensiyanı məhv edir”.

“Azadliq.org”

Şərhlər

t.ədalət 2021-07-19 11:42:30

Maaşı,pensiyanı məhv edən ,təkcə qiymət artımı deyil,həm də hökumətin ard-arda artırdığı cərimələr və haqsız yerə tətbiq etdiyi rüsumlardır.

Vətəndaş 2021-07-19 07:43:03

Bizim pulumuzu milyardlarımızı bizdən başqa hamıya verirlər. Bir bizə verilmir. Biz kasıb ac olmalıyıq.

Veteran 2021-07-19 00:47:12

Təcili ÜTTüzv olmaq,Azərbaycanda ağalıq edən Azərsun və Veysəloğlu kimi dələduz sirkətlərə əncam şəkmək və ölkədən rədd etmək lazımdır.

Firdövsi 2021-07-18 21:55:01

Niyə möhtərəm prezident bu hallarla maraqlanmır və Tarif şurası kimi anlaşılmaz qurumu ləğv etmir?Axı sadə insabların həyatı ilə qumar oynayrlar. DSK havadan doğru olmayan bir rəqəm deyir,həyatda dəfələrlə fərqli hallar baş verir.Bu dövlət qurumları kimə xidmət edir?Statistika yalan deyir,Tarif şurası əsassız qiymət artırır.Bu beləmi olmalıdır? Kim bunun qarşısını almalıdır??

Niyaməddin 2021-07-18 20:45:16

Biz qiymətlərin həm obyektiv həm də subyektiv artımına qarşıyıq. Normal yaşaya bilmirik. Ailələrimizin qarşısında başı aşağı qalırıq. Təbii ki, bütün bunlardan beşinci kalon və vətən xainlərini sui istifadə edirlər. Millətin qanına susayanlar haqqımız haram olsun!

Vahid Əhmədova 2021-07-18 18:42:52

Hökumətin bu məsələdə varlığı hiss olunmur,daha doğrusu görünmür.Bu da əhalinin yaşayış,qidalanma məsələlərinə ciddi mənfi təsir göstərir.Fiktiv Tarif şurası adı altında bazar,bayeam günləri.gecə vaxtı qymətləri artırıb orta və aşağı təbəqəni çıxılmaz vəziyyətə salmaq hansı ölkələrin təcrübəsidir? Niyyə 2Milət vəkilləri" adına sahib olan deputatlar Milli Məclisdə bu məsələni ciddi müzakirə edib,faktları açıqlayıb,qərar təsdiqləyib prezidentə təqdim etmirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol