Qubanın keçmiş prokurorunun oğlu polisə müqavimət göstərərək qaçıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən yaxalansa da, sonradan polisə bıçaqla müqavimət göstəriblər.
Onlar daha sonra ərazidən qaçıblar.
Hazırda onun saxlanılması üçün polis əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, Rauf Abbasovun Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğlu olduğu haqda məlumat var. R.Abbasov özü də hüquq-mühafizə orqanlarında çalışıb, o, Qusar Rayon Polis Şöbəsində işləyib. O, xidmət zamanı narkotik vasitələrdən istifadə etdiyi üçün xidmətdən xaric edilib. Son zamanlar isə onun narkotik vasitələrin satışı ilə məşğul olduğu məlum olub.
Onu da qeyd edək ki, Baş Prokurorluq xəbəri qismən təkzib edib. Prokurorluğun açıqlamasında bilirilib ki, Quba Rayon Prokurorluğunda Rafiq Adlı şəxs prokuror və ya hər hansı digər vəzifədə işləməyib.


Şərhlər
Bawliq heqiqeti eks etdirmir, prokurorluq olkede narkomaniyaya qarwi mubarizede keserli movqe qoyan dovlet tewkilatidir,
sözsüz! buna daha söz tapmırıq!