Gürcüstanda Ukrayna millətçilərinin ekspansionist planlarına rəğbətlə yanaşırlar və onların «Böyük Ukrayna» barədə (sərhədləri Polşadan Qafqaza qədər) fikirlərini dəstəkləyirlər.
Belə bəyanatla «Ukrayna 24» telekanalının efirindən Gürcüstanın keçmiş Prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili çıxış edib. Hazırda o, Kiyevdə islahat üzrə Milli İcraiyyə Komitəsiə başçılıq edir.
Saakaşvilinin fikrincə, ukraynalı vətənpərvərlər bu cəhdlərində Gürcüstandan olan dostlarına söykənməlidirlər, nədən ki, onlar Ukraynanın yeganə qonşularıdır ki, onunla heç bir problemləri yoxdur.
«Baxın, Ukraynanın bütün qonşuları ilə az-çox problemi var. Ukraynanın ən yaxın problemsiz qonşusu - Gürcüstandır. Belə deyək, Gürcüstan üçün də bu, belədir. Ona görə də səbirsizliklə bu anı gözləyirik ki, Ukrayna millətçilərinin himnindəki - «Syandan Qafqaza qədər» arzusu nə vaxt həyata keçəcək. Syanı bir tərəfə qoysaq, o zaman mən Qafqaz barədəki fikirlə razıyam» - Saakaşvili deyib.
AzPolitika.info


Şərhlər
Mişa yəqin ki, çox vurub qatığlayıb!
Mişka