Menu

Ermənistanda koronavirusa yoluxanların sayı 227 936-ya çatıb

21.07.2021, 11:05
Ermənistanda koronavirusa yoluxanların sayı 227 936-ya çatıb

Ermənistanda daha 220 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 227 936-ya çatıb. Son sutkada bir nəfər koronavirusdan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 573-ə yüksəlib.

Koronavirusa yoluxan 218 585 nəfər sağalıb, 3 665 pasiyent müalicə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol