Menu

“Şuşada namaz qılmaq arzum idi” - Xameneinin nümayəndəsi

21.07.2021, 11:20
“Şuşada namaz qılmaq arzum idi” - Xameneinin nümayəndəsi

“Şuşada namaz qılmaq Allahdan arzum idi”.

APA-nın xəbərinə görə, bunu İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejad “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq ona Şuşada namaz qılmaq nəsib olub.

“Şuşanı görəndən sonra çox narahat idim. Bu cür şəhəri uçurdalar, dağıdalar, zəbt edələr, 30 il yaşayalar, sonra da qoyub çıxıb gedələr... Belə olmaz. Allahdan istəmişəm ki, işğalçıların mühakiməsini bizə göstərməyi nəsib etsin”, - deyə Xameneinin Azərbaycandakı nümayəndəsi qeyd edib.

Şərhlər

Niyaməddin 2021-07-21 22:00:40

Qurdlar sahədə olmayanda çaqqallar, kaftarlar ağalıq edər!

Gündüz 2021-07-21 13:33:23

Xameninin nümayəndləri Xankəndində 30 ildir sərbəst gəzirlər.Bəs bu yenilik haradandır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol