Menu

AZƏRBAYCANDA YOLUXMA SAYI YENƏ 200-ü KEÇDİ - 4 nəfər vəfat etdi

21.07.2021, 19:29
AZƏRBAYCANDA YOLUXMA SAYI YENƏ 200-ü KEÇDİ  - 4 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından dörd nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib. 2 527 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593, bu günə qədər isə ümumilikdə 3 935 913 test icra olunub.

Şərhlər

Kasıb 2021-07-21 21:58:15

iş yox qiymətlər qalxır,pensiya kəsilir uşaq pulu yox,milyardlar bizdəın başqa hsamıya verilir,ona görə də bizdə korono daha uzun və dəhşətli keçəcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol