Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.
O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".
Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.


Şərhlər
Ya rəbbim, sən özün kömək ol bizə! Bu şərəfsizlər, belə əməlləri məqsədli şəkildə ortaya ata bilərlər... Ən doğrusunu Allah bilir!
Ən yıttıcı heyvan da balasını atmır! Bu rəzilliyi edən alçaq insan tapılmalıdır və mühakimə edilərək, cəmiyyətdən təcrid edilməlidirr. Belə hadisəyə göz yummaq və haqq qazandırmaq allahsıqlıqdan da betərdir!!!
Təkcə qadın yox,bu atılmış uşaq üçün tərbiyəsiz ata da cinayət daşıyır.