Menu

İnternetdən istifadə ilə bağlı vergi qanunu parlamentdə

23.10.2014, 10:50
İnternetdən istifadə ilə bağlı vergi qanunu parlamentdə

Macarıstan internet istifadəsindən vergi almağı planlaşdırır.

Ölkədə hazırlanan qanun layihəsinə görə, istifadə edilən internetin hər gigabaytına görə təxminən 50 sent vergi ödənilməlidir.

Qanunun parlamentin üçdə ikisini formalaşdıran Baş nazir Viktor Orbanın partiyası tərəfindən dəstəklənir. Vergilər ilə illik 65 milyon avro gəlir əldə edilməsi gözlənilir.

Daha əvvəl parlamentə təqdim edilən başqa qanunda telefonlardan göndərilən hər sms mesajı və danışıqların dəqiqəsü üçün vergi kəsilməsi tələb edilmişdi. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol