Menu

Putinin Yaponiya üçün "görünməmiş təklifi" var - Kuril üzrə

24.07.2021, 00:06
Putinin Yaponiya üçün "görünməmiş təklifi" var - Kuril üzrə

Rusiyanın «Yaponiya üçün Kuril adalarının iqtisadi fəaliyyətə cəlb olunması barədə unikal və görünməmiş» təklifi var.

Bu barədə iyulun 23-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən operativ iclasda elan edib.

Dövlət başçısı izah edib ki, təklifi Baş nazir Mixail Mişustinlə müzakirə edib. «Deməliyəm ki, barəsində danışdığımız məsələ mütləq unikaldır, görünməmiş xarakterlidir. Bunu məxsusi olaraq ona görə deyirəm ki, iştirakçıları, iqtisadi fəaliyyəti həvəsləndirəm və ümid edirəm ki, sizin səfərinizdən, yerində situasiyanın qiymətləndirilməsindən sonra biz, bu təklifi sona qədər formalaşdıracağıq və mütləq reallaşdıracağıq» - Putin fikrini yekunlaşdırıb.

Putin xəbər verib ki, Mixail Mişustin yaxın vaxtlarda işçi səfərlə Uzaq Şərq bölgəsinə və İrkutska uçacaq.

«Mixail Vladimiroviç, sizdən xahiş etmək istəyirəm - sizin orada böyük proqramınız olacaq, siz, mənə məruzə etmisiniz, mən bilirəm - həm bəzi bölgələrdə qəzalı məskənlərə baxmaq, həm təbabətlə tanış olmaq və sairə, ancaq sizdən xahiş etmək istərdim ki, siz, Kuril adalarındakı vəziyyətə xüsusi diqqət ayırasınız» - Prezident deyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol