Ağcabədidə restoran sahibi barəsində cinayət işi başlanılıb
Baxiş sayı:
Dərc olunub:
24/07/2021 - 15:54
Ağcabədidə karantin qaydalarını pozan restoran sahibi barəsində cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.
Yoxlamalar zamanı toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.
Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.