“Ermənistana silah, Azərbaycana fətva göndəribmiş” - Ərdoğanın baş müşavirindən Paşazadəyə cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə etiraz edib.

Oxu.Az-ın məlumatına əsasən, Küçükyılmaz bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Türkiyə prezidentinin baş məsləhətçisi qeyd edib: Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”, - deyə Küçükyılmaz əlavə edib.

Qeyd edək ki, Hacı Allahşükür Paşazadənin iyulun 21-də bayram namazından sonra səsləndirdiyi bəyanat müzakirələrə səbəb olub.

O bildirib ki, Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı

635x100

Şərhlər

Amon 2021-07-25 01:49:49

Pecat cavab

Cavanşir Rəsulbəyli 2021-07-24 23:22:43

ƏZİZ TÜRK QARDAŞIM NECƏ GÖZƏL CAVAB VERİBSƏN.AZƏRBAYCAN TÜRKLƏRİ QARABAĞ SAVAŞINDA TÜRKİYƏNİN ETDİKLƏRİNİ VƏ İRANIN XƏYANƏTİNİ HEÇ VAXT UNUTMAYACAQ.

Cavanşir Rəsulbəyli 2021-07-24 23:15:18

PA.ŞAZƏDƏ RİYAKAR ÇIXIŞI İLƏ CANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN ŞƏHİDLƏRİMİZİ TƏHQİR EDİR.ALLAH ONUN CƏZASINI VERƏCƏK.

Niyaməddin 2021-07-24 22:29:55

Türkiyədən daha sərt açıqlama gözləyirdik, bunlarla daha sərt mübarizə aparmaq lazımdır, daha sərt!!!

Son yazılar