"Liverpul"un 100 milyon avroluq təklifi rədd edildi

"Yuventus" futbolçusu Federika Kyezanı klubda saxlamaqda israrlıdır.

Qol.az "La Repubblica"y istinadla xəbər verir ki, italiyalı oyunçu ilə yolları ayırmğı planlaşdırmayan Turin təmsilçisi 23 yaşlı hücumçu üçün "Liverpul"un göndərdiyi 100 milyon avroluq təklifi rədd edib.

Bildirilib ki, "Yuventus"un yeni baş məşqçisi Massimiliano Alleqri klub prezidenti Andrea Anyellidən Kyezaya görə göndəriləcək təkliflərin müsbət cavablandırılmamasını xahiş edib.

Xatırladaq ki, bundan əvəvl klub "Mançester Yunayted" və "Bavariya"nın 80 milyon avroluq təkliflərini rədd etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar