ABŞ-da yayılan təhlükəli xəstəlikdən dörd ölüm qeydə alındı

ABŞ-ın Texas ştatında iki xəstəxanada tapılan dərmana davamlı Candida auris göbələyi dörd xəstənin ölümünə səbəb olub. Bu barədə KXAS-TV xəbər yayıb.

Ştatda ümumilikdə 9 infeksiya hadisəsini təsdiqlənib və qeyd edilir ki, ilk infeksiya xəbəri 2021-ci ilin yanvarında yayılıb. Bundan sonra xəstəxanalara bir neçə tibbi tövsiyə göndərilib.

Yerli səhiyyə nümayəndələrinə görə, ümumiyyətlə Candida auris xəstəliyinə youxma riski yoxdur, lakin göbələk qocalar evlərindəki və xəstəxanalardakı insanlar üçün təhlükəlidir.

Öz növbəsində, ölkənin Xəstəliklərə Nəzarət və Prafilaktika Mərkəzi (CDC) yanvar-aprel ayları arasında əyalətdə 22 belə hadisənin olduğunu açıqlayıb. Aprel ayından bəri yeni infeksiya hadisələri müəyyən edilsə də, bunlar barədə məlumat verilməyib.

Candida aurisa ən çox immuniteti zəif olan insanlar yoluxur. Qan dövranına, ürəyə və ya beyinə girərsə daha təhlükəlidir. Göbələk çoxalaraq invaziv kandidoza (funqemiya) səbəb ola bilər.

Eyni zamanda, Candida auris çox dərmana davamlıdır - bir anda bir neçə sinif antifungal dərmana qarşı həssaslıq göstərmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar