Menu

Belçika küçələrində yenə sellər axır – VİDEO

25.07.2021, 16:09
Belçika küçələrində yenə sellər axır – VİDEO

Leysan yağışları Belçikada yenə ciddi fəsadlar yaradıb. “RT” xəbər verir ki, daşqınlar nəticəsində nəqliyyat infrastrukturu iflic olub.

Ən çox Namür vilayəti ziyan görüb: burada sellər maşınları yuyub aparıb, dəmiryolu qovşaqları sıradan çıxıb. Bəzi rayonların sakinləri təxliyə olunub.

Sinoptiklərin məlumatına görə, leysan yağışları bütün gün davam edəcək.

Xatırladaq ki, Belçikada iki həftə əvvəl aramsız leysanların yaratdığı təbii fəlakət nəticəsində 30 nəfər həyatını itirib.

Şərhlər

Niyaməddin 2021-07-25 17:52:01

Betər olun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol