Menu

“Patı”dan istifadə hallarının artmasının səbəbi açıqlanıb

26.07.2021, 12:49
“Patı”dan istifadə hallarının artmasının səbəbi açıqlanıb

Son zamanlar “patı” deyilən narkotik vasitədən istifadə hallarının artmasının səbəbi açıqlanıb.

APA-nın məlumatına görə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin narkologiya üzrə inspektoru-həkim Fərman Fərmayılov bildirib ki, bu narkotik vasitə laboratoriya şəraitində çox asanlıqla əldə edilir:

“Eyni zamanda, bu narkotik vasitənin əldə edilməsi üçün maliyyənin çox aşağı olması da “patı”dan istifadənin daha geniş yayılmasına səbəb olur. Təəssüf ki, qadınlar və uşaqlar arasında da bu vasitədən istifadə geniş yayılıb”.

Şərhlər

Özgür 2021-07-26 13:19:14

sərhədlərdə güclü baxış keçirilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol