“Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur”.
“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.
Şöbə müdiri bildirib ki, ölkədə peyvənd vurduranların sayı hələ kifayət qədər deyil : “Şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən yoluxma sürəti aşağı düşür. Belə olanda da biz yoluxma sürətinə nəzarət edə bilirik”.


Şərhlər
HƏFTƏNİN İSTİRAHƏT GÜNLƏRİ NƏQLİYYATIN İŞLƏMƏMƏSİ ƏHALİNİN KASIB HİSSƏSİ ÜCÜN BÖYÜK ZƏRBƏDİR.TİB İŞCİLƏRİ,TİCARƏT OBYEKTLƏRİNDƏ,İSTEHSAL MÜƏSİSƏLƏRİNDƏ , NÖVBƏDƏ İŞLƏYƏNLƏR İŞ YERİNƏ NECƏ GEDİB GƏLMƏLİDİRLƏR CƏNABLAR???.