Səudiyyənin XİN başçısı Pakistana rəsmi səfər edəcək

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl Bin Fərhan Əl-Səud iyulun 27-də pakistanlı həmkarı Şah Mahmud Kureşin dəvəti ilə Pakistana rəsmi səfərə gələcək.

Bu barədə iyulun 26-da «Radio Pakistan» xəbər verib.

XİN başçısı ilə birlikdə böyük Səudiyyə nümayəndə heyəti gözlənilir, heyətin tərkibində yüksək çinli şəxslər olacaq.

Gözlənildiyi kimi, görüş ikitərəfli münasibətlərə və həm də regional və beynəlxalq məsələlərə həsr olunacaq.

Səudiyyə Ərəbistanının XİN başısı təkcə Şah Mahmud Kureşi ilə yox, həm də Pakistanın digər yüksək vəzifəli şəxsləri ilə görüş keçirəcək.

Pakistanın Baş naziri İmran Xanın 2021-ci ilin mayında Səudiyyə Ərəbistanına etdiyi səfər fonunda səudiyyəli heyətin səfərinə Pakistanda xüsusi önəm verirlər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar