Menu

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirinin ibtidai istintaqı başa çatıb

27.07.2021, 09:18
Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirinin ibtidai istintaqı başa çatıb

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

İş üzrə zərərçəkən şəxs qismində Bakı Slavyan Universiteti tanınıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi çoxsaylı şikayətlər əsasında araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Şərhlər

Müəllim 2021-07-27 14:02:37

Bu Dürdanə xanımdan soruşulubmu ki, yığdığı rüşvətin sonrakı talei necə olub? Kimlərə hansı faizlə verilib.Yoxsa Dürdanə xanım bunu özbaşına edə bilərdimi? Bu sualların cavabı hamını maraqlandırır.....Çünki Universitetin Rəhbərliyi necə bu haldan xəbərsiz ola bikərdi?

Sabir Rehimov 2021-07-27 11:04:12

Nurlana hebs olunmalidir.

Camaat 2021-07-27 09:33:43

Bu universitet deyillən bazarın "bazarkom"unu da damlamaq lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol