Menu

Türk əsgəri İraqda həlak olub

27.07.2021, 09:44
Türk əsgəri İraqda həlak olub

Türkiyə ordusunun hərbçisi İraqın şimalında terrorçuların açdığı atəş nəticəsində həlak olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.

Hadisə "Pence-Şimşek" əməliyyatı zonasında, Hakurk bölgəsində qeydə alınıb. Qeyd edilir ki, terrorçular yolda patrul xidməti aparan hərbçilərə atəş açıblar.

Nazirlik şəhidin ailəsinə başsağlığı verib.

Şərhlər

Xalq 2021-07-27 11:54:49

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol