Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşa məscidində namaz qılıblar - FOTOLAR

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri davam edir.

"Report"un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrinə baş çəkiblər, Cıdır düzündə olublar.

Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şentop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər.

635x100

Şərhlər

Niyaməddin 2021-07-30 00:17:49

Allah qəbul eləsin! Şərəfsizlər çatlasınlar!

Mubariz 2021-07-29 14:13:23

Oz aramizdi ara mesafe gozlemeyibler bir de maska taxmiblar.Ozude o ne namazdi.Subh yoxsa zohr?Fazil Qezenferoglu gorek imamliq ederdi.Zurnalist Celal Elitevde gederdi.Şakir Mirzeyev lap ela olardi.Ancaq şamanizmde namaz vacib deyil deyesen

Son yazılar