"Azərbaycanın ölkəmizdə səfirliyini açacağına ümid edirik" - İsrail rəsmisi

“Son 30 ildə Azərbaycan-İsrail münasibətlərində bir çox nailiyyətlər əldə edilib. İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətlərin tarixi mərhələsidir”.

“Report” xəbər verir ki, bunu sözügedən nümayəndəliklərin açılış mərasimində çıxış edən İsrailin turizm naziri Yoel Razvozov deyib.

“Yaxın gələcəkdə İsraildə Azərbaycanın səfirliyinin də açılacağına ümid edirik. Fürsətdən istifadə edib bu vacib qərarı verdiyi və əlaqələrimizi möhkəmləndirdiyinə görə Prezident Əliyevə təşəkkür edirəm. Həmçinin iki ölkə arasındakı münasibətlərin qurulmasındakı roluna görə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova da minnətdarlığımı bildirirəm. O, İsraillə bağlı siyasətdə ilk günlərdən var və biz həmişə onun dürüstlüyündən, dostluğundan zövq almışıq. O həmçinin Yəhudi icmasına da çox kömək edib. Mən həmçinin maliyyə nazirimiz Aviqdor Libermana da ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafı üçün göstərdiyi əhəmiyyətli səylərə görə təşəkkür edirəm", - deyə o qeyd edib.

635x100

Şərhlər

A.Məmmədov 2021-07-29 23:16:49

Hörmətli Yoel Razvozov! Azərbaycanda yəhudilərə həmişə böyük hörmət və məhəbbət olub. Sovet dövründə yəhudilərin təqib edilmədiyi yeganə şəhər Bakı idi. Milli lider Heydər Əliyev həmişə yəhudilərlə dostluğa böyük önəm verib. Azərbaycan xalqı Xocalı soyqırımı ilə yanaşı Holokostu həmişə anır. Mən hesab edirəm ki, Azərbaycan Yərusəlimdə öz səfirliyini açmalıdır.

Son yazılar