Liviya hökumət ordusu üsyançı Həftara ultimatum verib – “Yolu boşaldın”

Türkiyəyönlü Liviya Milli Razılıq Hökumətinə tabe olan ordu marşal Xəlifə Həftara rəğbəti olan döyüşçülərdən şənbə gününə qədər Liviyanın şərqi ilə qərbini birləşdirən açar avtomagistral yolu boşaltmağı tələb edib.

Bu barədə iyulun 29-da «Daily Sabah» qəzeti xəbər verib.

Sirt və Cufrə üzrə MRH qüvvələri operativ qərargahının nümayəndəsi Əbdül Hadi-Darax bəyan edib: «Biz, Liviya 5+5 birgə hərbi komissiyasına məktub göndərmişik və göstərmişik ki, şənbə gününə qədər (Xəlifə Həftarın döyüşçülərini məlumatlandırmaq üçün) sahilyanı yolu açmalıdırlar».

Liviya birgə hərbi komissiyası 5 nəfər MRH üzvündən və 5 nəfər Liviya Milli Ordusu (Həftarın düşərgəsi) üzvündən ibarətdir.

Misurat-Sirt sahilyanı yolu ticarət nöqteyi-nəzərindən əhəmiyyətlidir. O, Liviya Milli Ordusunun Tripoliyə 2019-cu ildəki hücumu zamanı bağlanıb. MRH yolun özünə aid olan hissəsini 2021-ci il iyunun 6-də açıb. Bu zaman MRH Türkiyənin tövsiyəsi əsasında «Vaqner» özəl hərbi şirkətin (ÖHŞ) döyüşçülərinin Liviyadan çıxarılmasını tələb edir. Əgər Həftar döyüşçüləri yolun onların nəzarəti altında olan hissəsini açmasalar, o zaman MRH yolun qalan hissəsini yenidən bağlamaqla hədələyir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar