Menu

"Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə ilə birlikdə olacaq" - Zelenski

30.07.2021, 08:58
"Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə ilə birlikdə olacaq" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədə baş verən meşə yanğınları ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Report”un məlumatına görə, Ukrayna rəhbəri bu barədə özünün tvitterdəki hesabında yazıb.

“Dostum, prezident Rəcəb Tayyib Ərdoğana böyük yanğınla əlaqədar başsağlığımı çatdırdım. Yanğın əleyhinə təyyarəmiz sabah (bu gün-red) Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə xalqı ilə birlikdə olacaq”, - Zelenski sosial şəbəkədəki hesabında yazıb.

Şərhlər

Niyaməddin 2021-07-30 21:57:44

Təşəkkürlər Vladimir Zelenski, təşəkkürlər Ukrayna! Allah sizi qorusun rus, amerika, avropa əclaflarından!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol