Menu

Türkiyədə meşə yanğınları törətməkdə şübhəli bilinən PKK üzvləri saxlanılıb

30.07.2021, 09:04
Türkiyədə meşə yanğınları törətməkdə şübhəli bilinən PKK üzvləri saxlanılıb

Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, onlar Suriya əsilli 2 qardaşdır. Şübhəli şəxslər hüquq-mühafizə orqanlarının ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə birlikdə keçirdiyi əməliyyat zamanı saxlanılıblar. PKK üzvlərinin ölkədən qaçmaq planlarının olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində 4 nəfər ölüb, onlarla ev isə yararsız vəziyyətə düşüb.

Şərhlər

Niyaməddin 2021-07-30 22:02:41

Səfər bizim, zəfər Allahındır! Nə mutlu Türküm diyene!

Veteran 2021-07-30 09:39:45

Bu yezidlərə güzəşt olmamalıdır.İlanın ağınada-qarasınada ləhnət.Bunlara qarşı hər yerdə mübarizə aparmaq və məhv etmək,ayrı çıxış yolu yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol