Menu

Neft quyuları olan meydançada yanğın baş verib - Bakıda

23.10.2014, 13:34
Neft quyuları olan meydançada yanğın baş verib - Bakıda

Azərbaycanda neft quyuları olan meydançada yanğın baş verib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yanğından əvvəl ərazidə güclü partlayış səsləri eşidilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən də APA-ya faktı təsdiqləyiblər. Məlumata görə, “Azneft” İstehsalat Birliyinin (İB) strukturuna daxil olan Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 441 saylı meydançasında partlayış olub.

Hadisə neft quyuları olan meydançada baş verib.

Ölən və yaralananlarla bağlı hələ ki məlumat yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, hazırda yanğınsöndürənlər ərazidə yanğının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol