Menu

Türkiyədə bir evə hücum olub - 7 nəfər qətlə yetirilib

30.07.2021, 22:18
Türkiyədə bir evə hücum olub - 7 nəfər qətlə yetirilib

Türkiyənin Konya şəhərində bir ailəyə silahlı hücum olub və 7 nəfər odlu silahla qətlə yetirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, aralarında qadın da olan şəxslər öldürüldükdən sonra ev yandırılıb.

Polisin və yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir.

Baş vermə səbəbi hələlik məlum olmayan insidentlə bağlı araşdırma başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol