Menu

Tokio-2020: Bu gün Azərbaycan və Ermənistan boksçuları qarşılaşacaq

31.07.2021, 00:44
Tokio-2020: Bu gün Azərbaycan və Ermənistan boksçuları qarşılaşacaq

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq. "Report"un məlumatına görə, boksçu Cavid Çələbiyev 1/8 final görüşünə çıxacaq.

63 kq çəki dərəcəsində yer alan dünya çempionu Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Çələbiyev 1/16 finalda ukraynalı Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.

Tokio-2020

30 iyul

Boks

63 kq

07:36. 1/8 final. Cavid Çələbiyev - Ovannes Baçkov (Ermənistan)

Qeyd edək ki, indiyədək Azərbaycanın 22 idmançısı mübarizəni dayandırıb, 2-si medal qazanıb.

Şərhlər

ee 2021-07-31 09:57:10

efsusdar olsunki bizimki uduzub

!!! 2021-07-31 09:15:09

4-1 uduzdu dığaya

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol