“Sosial şəbəkələrdə haqqımda yayılan fikir və açıqlamalardan məlumatlıyam. Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var. Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur. Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq üçün, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susdum”.
“Report”un xəbərinə görə, bu barədə Milli Məclisin deputatı Eldəniz Səlimov yaydığı açılqmada bildirib.
“Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmam da susmağımın səbəblərindən biridir. Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, İstintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək”, - deyə deputat əlavə edib.
Xatırladaq ki, Milli Məclisinin deputatı Eldəniz Səlimovun iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın ilk iclasında deputatla bağlı məsələyə baxılacaq.

Şərhlər
Kərəmi bu yerdə ağlamaq tutdu
Seni xalq secib deputatliqa ? Yalandı ,,,,,,,,,,,
Deputatın döydü bildiyimiz polis, pasport qeydiyyatı şöbəsinin polisi olub. Maraqlıdır o niyə həmin vaxt orda karantim rejiminə nəzarət edib.?
Məni bir məsələ maraqlandırdı
Varlıdırsa günahkardır belə bolşevik yanaşma ölkəni uçuruma aparır,bu polis ikinci dəfə hansısa sifarişlə və yaxud özünün şəxsi yanaşması ücbatından bu yola gətirib çıxardıb,umumiyətlə tam məsələni bilmədən bolşevik yanaşma düzgün deyil,üstəlik bu bolşeviklər özlərin demokrat hesab edirlər,bir bəlada burasındadırki bizim varlı vəzifəli məmurlarda özlərini əsrin əvəllərində olduğu vəhşi kapitalistlər kimi aparırlar,onlarda özlərini demokrat sayırlar,Allah M.Sabiri M.Cəlili qəni-qəni rəhmət eləsin
Biz xalq və vətəndaş olaraq sənin üzürünü bağışlamır və bağışlanmaq fikrində də deyilik. Çünki sən bağışlanmaz özbaşnalıq, yekəxanalıq etmisən. Əminik ki, bağışlansan yenə özbaşınalıqlarına davam edəcəksən. Heç Allah da səni bağışlamasın və bağışlayan da deyil. Çünki sən minlərlə vətəndaşın haqqını yemisən. Allah isə qul haqqını bağışlamır...
Özünün dediyi kimi radikal müxalifət təhdit edirbiş ,onu zorla sərxoş edib ,şirə döndəriblər ,heyfini polisdən alıb ...
Allah bunun günahını bağışlasın.Bu adamın hal ehli yeni yeyin içen olması daha deqiq içkiye meylli olması bunun sifetinde yazılıb.Bunu derk etmek ele de çetin mesele deyil.Ancaq bir meseleni başa düşmek olmur.Bu tip adamları millet mece özüne bekil seçir ki bu da milletin nümayendesi hüqüq mühafize orqanının işçisini döyüb tehqir edir.Özü de Ali qanun verici orqanda qaunların hazırlanıb qebulu olunmasında birbaşa iştirak edir.Bax Faciemiz bundadır.
Toydan sonra kəməri möhkəm bağlamaq? Afərin deputaa! Elə siyahi ilə yazılan deputat bundan artıq ola bilməz.Əgər sən prezidentə hörmət edən olsaydın hərəkətlərini ölçər.biçər və özünü aparmaq qaydalarını bilrdin.Sizləri o qədər harnladıblar ki, çox vaxt özünüzü də unudursunuz.Çünki o ağıllara sahibsiniz.Belələri isə Milləti əmsil edə bilməz!mxy
deputatların 90%i bunun kimi shishib etrafdakilara zulm verir
Bay atona bu ele daniwor lap adamin yazigi gelir )))